Mourinyo pis xəbəri verdi

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında “Bazel”ə qarşı keçirilən matçda zədələnən Pol Poqbanın son durumu barəsində açıqlama verib.

Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı İbrahimoviç və Roxo kimi Poqbanın da uzun müddət yaşıl meydanlarda kənarda qalacağını bildirib:
“Zədələrlə bağlı pozitiv bir cavab vermək, oyunçularımı meydanda görmək istəyərəm. Uzun müddətli zədələrdən danışmaq istəmirəm. Buna görə də, Poqba, Roxo və İbrahimoviç haqqında da danışmaq niyyətində deyiləm”.

Həmçinin, portuqaliyalı mütəxəssis Poqbanın əməliyyat keçirməli olduğunu da qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right