La Liqada ilk baş məşqçi istefası

La Liqa təmsilçisi "Alaves" baş məşqçisi Luis Subeldiyanı istefaya göndərib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub. Son turda "Vilyarreal"la məğlubiyyətdən sonra klub rəhbərliyi 36 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib.

Bu, La Liqada 2017/2018 mövsümün ilk baş məşqçi istefası olub.

Qeyd edək ki, "Alaves" ölkə çempionatında keçirdiyi 4 oyunda da uduzub və 1 qol da vurmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right