Qapıçı məşq zamanı güllələndi, həyatını xilas etmək mümkün olmadı

Monteneqronun birinci divizionunda çıxış edən “Bokel” komandasının qapıçısı Qoran Lenats öldürülüb.

Newsport.az xəbər verir ki, qapıçı məşq edərkən güllələnib. Ağır güllə yarası alan qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis qüvvələri Kotor şəhərini mühasirəyə alaraq, qatilin axtarışına başlayıb. Şəhər radiosu bildirib ki, qatil yerli şəraiti yaxşı bilir. Ona görə də gizlənə bilib.

Qeyd edək ki, 33 yaşlı qapıçı şəhərdə böyük hörmət sahibi olub. O, öz vəsaiti hesabına məktəb açaraq, yerli uşaqlara futbolun sirlərini öyrədirmiş.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right