Budaq Nəsirovlu “Sportinq” “Akademika” səfərində 4 qola üzüldü

Portuqaliya ikinci liqasında (Sequnda liqa) 7-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Akademika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Nəsirov da bu matçın iştirakçısı olub. O, 58 dəqiqədə meydana buraxılıb. "Sportinq" hazırda 10 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right