Emin Mahmudov Azərbaycan klubunda

Millimizin üzvü Emin Mahmudovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Portuqaliyanın "Boavişta" klubundan ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirəcək. 

Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi "Neftçi" klubu ilə anlaşıb. Bu gün ölkəmizə gələn futbolçu yaxın günlərdə "ağ-qaralar"la rəsmi müqavilə imzlayacaq. Onun paytaxt klubu ilə imzalayacağı müqavilənin detalları bəlli deyil. 

Qeyd edək ki, Rusiyanın "Saturn" klubunun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov" və "Mordoviya" kimi klublarda top qovub. 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right