Sabiq "Qarabağ"lının yeni klubu məlum oldu

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Boyan Şaranovun yeni komandası məlum olub.

Newsport.az saytının məlumatına görə, serbiyalı əlcək sahibi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı "çərçivə qoruyucusu" Super Liqa təmsilçisi "Zemun"la 1 illik müqavilə imzalayıb. Şaranov legioner həyatı yaşamaq istəsə də, istədiyi təklifi almadığı üçün "Zemun"a keçməli olub.

Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü 2016/17-ci illər mövsümün əvvəlində "Partizan"dan "Qarabağ"a transfer olunmuşdu və 2 oyunda iştirak etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right