Niko Kovaç: "Renat hələ çox məşq etməlidir"

“Ayntraxt”ın baş məşqçisi Niko Kovaç millimizin hücumçusu Renat Dadaşov barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Renat frankfurtluların ABŞ toplanışında “Sietl Sounders”lə yoxlama matçının (1:1) ikinci 45 dəqiqəsində meydanda olub. Matçdan sonra xorvat mütəxəssis Renat Dadaşovdan da danışıb.

Jurnalistin “Nelson Mandela Mbuhum və Renat Dadaşov necə hazırlaşırlar” sualını cavablandıran Kovaç "Onlar hələ çox məşq etməlidilər. Bizimlə birlikdə öyrənəcəkləri çox şey var. Çünki peşəkarlarla məşq etmək gənclərlə çalışmaqdan daha çox fərqlidir” deyə fikir bildirb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right