Donnarumma "Milan"dan ayrılmayacaq!

İtaliya millisinin üzvü Canluici Donnarumma qərarını dəyişib. 

Newsport.az-ın məlimatına görə, gənc "çərçivə qoruyucusu" yetirməsi olduğu "Milan" klubundan ayrılmayacaq. O, bir müddət öncə "Milan"ı tərk edəcəyini desə də, bu gün qərarını dəyişdiyini bildirib. 

Hazırda İtaliyanın 21 yaşlılardan ibarət millisi ilə Avropa çempionatında iştirak edən əlcək sahibi turnirdən sonra "Milan" rəhbərliyi ilə danışacağını və klubla yeni müqavilə imzalayacağını bəyan edib. 

Qeyd edək ki, ayrılıq qərarı verən Donnarummanın adı Madrid "Real"ı ilə birgə hallanırdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right