"Qarabağ"ın qolunu saymayan hakim Türkiyənin oyununa təyinat aldı

Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Kosovanın qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, bu qarşılaşmanın hakimləri müəyyənləşib. Belə ki, matçı Çexiya Futbol Federaiyasından Miroslav Zelinka idarə edəcək. Ona həmyerliləri Ondrey Pelikan və Yan Patak kömək edəcək.

Qeyd edək ki, Kosova - Türkiyə görüşü 11 iyun tarixində Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xatırladaq ki, Miroslav Zelinka 2014/2015-ci il mövsümündə Avropa Liqasınınson turu çərçivəsində İtaliya "İnter"i ilə görüşdə "Qarabağ"ın qolunu saymamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right