Luçesku "Zenit"dən qovuldu

Rusiyanın “Zenit” klubu baş məşqçisi Mirça Luçeskunu istefaya göndərib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. Belə ki, bu gün klubun Direktor Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qərar verib.

Rusiya mətbuatının bu istefa qərarından öncə yaydığı xəbərə görə, gələn həftə italiyalı Roberto Mançini “Zenit”də baş məşqçisi vəzifəsinə gətiriləcək.

Xatırladaq ki, Luçesku Sankt-Peterbrq klubuna ötən mövsümün əvvəli təyin olunmuşdu. Onun rəhbərliyi altında “Zenit” Premyer Liqada üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right