"Neftçi"nin sabiq futbolçusu "Spartak"da?

"Neftçi"nin sabiq futbolçusu İqor Mitreski Moskva "Spartak"ında çalışa bilər.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı veteran futbolçu sabiq klubunda məşqçi kimi işləməyə hazırlaşır. "Sport Express"in yaydığı məlumata görə, o, yaxın günlərdə Moskva təmsilçisinin seleksiyaçı məşqçisi vəzifəsinə təyin oluna bilər.

Amma Mitreski yayılan xəbərləri təkzib edib. O bildirib ki, "Sparkat"la əməkdaşlıq etməyə hazırlaşmır. O, futbol agenti Marko Trabukkiyə Makedoniyada futbolçu tapmaqda kömək edəcəyini və xəbərlərin burdan qaynaqlandığını bildirib. 

Qeyd edək ki, Mitreskinin son klubu "Neftçi" olub. O, paytaxt klubundan ayrıldıqdan sonra karyerasını başa vurub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right