Palmer “Çelsi”nin tarixinə düşdü

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubun tarixinə düşüb. Newsport.az xəbər verir ki, 21 yaşlı futbolçu Premyer Liqanın XXXIII turunda “Everton”la oyunda bunu bacarıb.

Gənc oyunçu komandasının doğma “Stemford Bric”də 6:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada pokerə imza atıb. Bununla Palmer Premyer Liqada ardıcıl 7 ev oyununda qol vuran ilk “Çelsi”li olub. Onun bu seriyası 16 dekabr 2023-cü ildə başlayıb.

Qeyd edək ki, “Çelsi” hazırda 47 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right