"Ana, biz çempionuq!"

"Bayer"in futbolçusu Ceremi Frimponq sosial şəbəkə hesablarında paylaşım edib.

Newsport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi paylaşımını Leverkuzen təmsilçisi ilə çempion olmağına həsr edib. O, paylaşımında anasına səslənib: "Ana, biz çempionuq!"

Frimponq əvvəllər verdiyi müsahibələrində ona futbola gəlməsində ailəsindən ən çox anasının dəstək olduğunu bildirib. 

Xatırladaq ki, Xabi Alonsonun komandası 29-cu turda "Verder"i qəbul edib. Leverkuzen təmsilçisi rəqibini 5 cavabsız qolla üstələyib. "Bayer" sona 5 tur qalmış xallarının sayını 79-a çatdırıb və 2-ci yerdəki "Bavariya"nı 16 xal qabaqlayıb. Nəticədə komanda tarixində ilk dəfə Almaniya çempionu olub.

Həmçinin "Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 43-ə (bütün turnirlərdə) çatdırıb. Eyni zamanda "Bayer" Bundesliqada ardıcıl 10 matçda qalib gəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right