"Beşiktaş" baş məşqçisini istefaya göndərdi

"Beşiktaş" baş məşqçi Fernando Santosla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Fernando Santos bu ilin yanvar ayında "Beşiktaş"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 5 dəfə isə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right