"Bavariya" alman futbolçu ilə müqavilə imzalayıb icarəyə verir

"Bavariya" hazırda icarə əsasında "Ştutqart"da çıxış edən Aleksander Nübelin müqaviləsini uzadacaq.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi alman qapıçının 2025-ci ilin yayına kimi olan sözləşməsinin müddətini 2023-cu ilə qədər artıracaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Bavariya" müqavilə imzaladıqdan sonra 27 yaşlı qolkiperi daha bir mövsümlük "Ştutqart"a göndərəcək. 

Qeyd edək ki, Aleksander Nübel bu mövsüm "Ştutqart"ın heyətində meydana çıxdığı 29 matçda qapısında 34 qol görüb. O, 12 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right