"Arsenal" və "Mançester Yunayted"in transfer mübarizəsi

"Arsenal" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Vulverhempton"da çıxış edən Joao Qomesi transfer etmək istəyir. Bu barədə "O Dia" nəşri məlumat yayıb.

"Arsenal" mövsüm bitdikdən sonra braziliyalı yarımmüdafiəçi üçün onun klubu ilə danşıqlara başlayacaq. "Topçular"ın bu transferdə əsas rəqibi "Mançester Yunayted"dir.

Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvar ayında "Flamenqo"dan transfer edib. 23 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right