Arteta: Tuxeldən çox şey öyrənmişəm

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə keçiriləcək ilk oyunla bağlı düşüncələrini bölüşüb. Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib.

Arteta xüsusən də, Münhen klubundakı həmkarı Tomas Tuxeli fərqləndirib: “Qarşımızda Çempionlar Liqası tarixinin ən uğurlu klublarından biri var. Həmin görüşü səbirsizliklə gözləyirik. “Bavariya” top-komandadı. Tomas Tuxelin və onun komandalarının oyun tərzinin fanatıyam. Ondan çox şey öyrənmişəm”.

Arteta hədəflərinin yarımfinala yüksəlmək olduğunu söyləyib: “Bavariya”nı ətraflı təhlil etsəniz, güclü komanda olduğunu görərsiniz. Yaxşı hazırlaşmalı və oyunu istədiyimiz kimi keçirməliyik. Bunu etsək, qalib gəlmək şansımız var. Keçmişdə “Bavariya”ya məğlubiyyətlərə gəlincə, bu, tarixdi. Daha yaxşı olduğumuzu sübut etməliyik”.

Qeyd edək ki, bu gün Londonda keçiriləcək “Arsenal” – “Bavariya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right