"Barselona"da qalması üçün Xavini inandırmağa çalışacağıq"

“Barselona”nın vitse-prezidenti Rafa Yuste qeyd edib ki, klub Xavini komandanın baş məşqçi postunda saxlamaq istəyir.

Newsport.az xəbər verir ki, “AS” nəşrinə danışan Kataloniya klubunun rəsmisi Xavi ilə uzunmüddətli planlar haqda danışdıqlarını söyləyib:

"Ümidvaram və arzu edirəm ki, Xavi klubda qalacaq. Onunla uzunmüddətli layihəni müzakirə edirik. Bunlar bir-iki mövsümlük məsələlər deyil. Xavini klubda qalması üçün onu inandırmağa çalışacağıq. Amma hər şey özündən asılıdır".

44 yaşlı mütəxəssis 2021-ci ildən “Barselona”nı çalışdırır. O, 2025-ci il iyunun 30-na qədər Kataloniya klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right