Ukrayna klubunun üzvü Azərbaycan millisindəki debütündən danışdı: "İlk oyuna görə yaxşı idi"

Ukraynanın "Polesye" klubunun yarımmüdafiəçisi Emil Mustafayev Azərbaycan milli komandasının heyətində debüt oyunlarını dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gənc futbolçu Monqolustan və Bolqarıstanla görüşləri belə xatırlayıb:

"İlk oyunu monqollara qarşı keçirdik və 1:0 hesabı ilə qalib gəldik. Çox maraqlı matç oldu. Bütün oyun boyu onlara təzyiq göstərdik. Oyun boyu şanslar əldə etdik, lakin onları reallaşdıra bilmədik. Artıq son dəqiqələrdə qol vurmağı bacardıq. İkinci oyun bolqarlara qarşı idi (1:1). Rəqib artıq daha peşəkar və daha yaxşı idi. Bolqara qarşı oynamaq, monqollarla oynamaqdan daha çətin idi. Məncə, ilk oyuna görə yaxşı idi".

Qeyd edək ki, 22 yaşlı futbolçu yayda yetirməsi olduğu "Aleksandriya"dan ayrılaraq "Polesye" ilə dörd illik müqaviləyə qol çəkmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right