“Bayern” uduzdu, “Bayer” əzmkar qələbəyə sevindi

Almaniya Bundesliqasında 27-ci tura start verilib.

Newsport.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Ayntraxt” – “Union Berlin” və “Leypsiq” – “Maynts” matçları qolsuz bitib.

Mönhenqladbax “Borussiya”sı evdə “Frayburq”a, “Verder” “Volfsburq”a, “Bayern” isə Dortmund “Borussiya”sına uduzub. Lider “Bayer” də “Hoffenhaym”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası
27-ci tur
30 mart

Borussiya (Mönhenqladbax) – Frayburq 0:3
Qollar: Qreqoriç, 7. Rohl, 47. Doan, 57.

Bayer – Hoffenhaym 2:1
Qollar: Andrix, 88. Şik, 90+1 – Bayer, 33.

Ayntraxt – Union Berlin 0:0

Leypsiq – Maynts 0:0

Verder – Volfsburq 0:2
Qollar: Lakrua, 45+4. Mayer, 84.

Bayern – Borussiya (Dortmund) 0:2
Qollar: Adeyemi, 10. Ryerson, 83.

31 mart

17:30. Auqsburq – Köln
19:30. Ştutqart – Haydenhaym
21:30. Boxum – Darmştadt





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right