"Arsenal"ı "Çelsi"yə dəyişə bilər

"Arsenal"ın qapıçısı Eron Ramzdeyl mövsümün sonunda klubdan ayrılacaq.

Newsport.az-ın məlumatına görə, ingilis qapıçı karyerasını Londonun digər təmsilçisində davam etdirə bilər. Bu barədə "Football Insider" məlumat yayıb.

25 yaşlı qolkiperin xidmətində "Çelsi" maraqlıdır. "Mavilər" yayda 25 yaşlı "əlcək sahibi" üçün onun klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 10 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right