"Bayer"in qol silahı "Qarabağ"la oyunları buraxacaq

"Bayer"in futbolçusu Viktor Bonifase Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynaya bilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilib. Bu da o deməkdir ki, Bonifase "Qarabağ"la hər iki oyunu buraxacaq.

Digər zədəli futbolçu - argentinalı yarımmüdafiəçi Ezekiel Palasios isə "Qarabağ"la matçlara qədər tam sağalacaq.

Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında  ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. Bonifase qrup mərhələsində Ağdam təmsilçisi ilə hər iki görüşdə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right