Albaniya millisinin üzvü "Beşiktaş"da

"Beşiktaş" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki. istanbul təmsilçisi "Legiya"dan Ernest Muçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" albaniyalı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Legiya" Ernest Muçini 2021-ci ilin fevral ayından "Tirana"dan transfer etmişdi. Albaniya millisinin üzvü olan 22 yaşlı futbolçu bu mövsüm Varşava təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right