12 ölkə İsrail millisinin yarışlardan uzaqlaşdırılması üçün FİFA-ya müraciət etdi

Yaxın Şərq ölkələri FİFA-nı ölkənin Qəzza zolağındakı münaqişəsi ilə əlaqədar İsrail yığmasını beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb.

Newsport.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 12 ölkə FİFA-ya məktub göndərib. Təşəbbüs qrupuna İordaniya, Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ futbol federasiyaları daxildir .

Məktub FİFA-dan başqa bütün futbol federasiyalarına və altı konfederasiyaya, o cümlədən UEFA-ya göndərilib.

Martın 21-də Almaniyada keçiriləcək Avro-2024-ün  pley-off mərhələsinin yarımfinalında İsrail millisinin İslandiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right