Xames Rodriqes Braziliya klubundan ayrıldı

Kolumbiya millisinin futbolçusu Xames Rodqries "San-Paulu"dan ayrılıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Braziliya klubunun baş məşqçisi Tiaqo Karpini məlumat verib.

Qeyd edək ki, 32 yaşlı oyunçu ötən ilin iyulundan "San-Paulu"da oynayırdı. O, sözügedən klubda 14 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.

Xatırladaq ki, X.Rodriqesin adı "Beşiktaş"la hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right