Vidal 17 ildən sonra cəngavər kimi qayıtdı

Arturo Vidalın yeni klubu "Kolo-Kolo"da (Çili) maraqlı təqdimat mərasimi olub.

Newsport.az xəbər verir ki, o, yetirməsi olduğu klubun meydançasına helikopterlə gəlib. 

Daha sonra meydana at belində və cəngavər geyimində çıxan yarımmüdafiəçi tədimat mərasiminə gələn 35 min azarkeşi salamlayıb. O, çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, "Yuventus", "Bavariya", "İnter" və "Barselona"da da çıxış etmiş Çili millisinin üzvü 17 ildən sonra "Kolo-Kolo"ya qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right