"Onun məqsədi “Mançester Yunayted”ə qayıtmaqdır" Mourinyonun dostu danışdı

"Roma"dan qovulan Joze Mourinyo işsiz qalıb.
 
Newsport.az xəbər verir ki, onun adı açıqlanmayan dostunun sözlərinə görə, Mourinyo karyerasına keçmiş klubunda davam etmək istəyir:
 
Onun məqsədi “Mançester Yunayted”ə qayıtmaqdır. Hiss edir ki, orada yarımçıq işləri var. Joze Mançesterə qayıtmağı qarşısına vəzifə kimi qoyub".
 
Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2016-2018-ci illərdə "qırmızı şeytanlar"ı çalışdırıb. Klubla ilk mövsümündə Avropa Liqası və Liqa Kubokunu qazanan Mourinyo, ikinci ilində Premyer Liqada 2-cisi olmağı bacarmışdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right