“Çelsi” finala darmadağınla yüksəldi

İngiltərə liqa kubokunun ilk yarımfinal görüşü keçirilib.

Newsport.az xəbər verir ki, ilk oyun “Çelsi” ilə “Midlsbro” komandaları arasında olub.

London klubu Çempionşip təmsilçisini darmadağın edərək finala yüksəlib.

"Çelsi" – "Midlsbro" - 6:1
Qollar: Houson, 15-avtoqol. E.Fernandes, 29. Disasi, 36. Palmer, 42; 77. Madueke, 81 – Rocers, 88.

Yarımfinalın digər görüşündə bu gecə "Liverpul"la "Fulhem" üz-üzə gələcək. Oyun Bakl vaxtı ilə 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right