Gimnastlarımız Avropada 5-ci oldu

Portuqaliyanın Gimaraynş şəhərində TeamGym üzrə Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışda Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərovdan ibarət heyət kişilər arasında komanda yarışlarında Azərbaycanı təmsil edib. Finaladək irəliləyən yığma həlledici mərhələdə 46.675 xalla 5-ci olub.

Qeyd edək ki, TeamGym Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası 2018-ci ilin əvvəlində TeamGym növünü öz fəaliyyətinə daxil edib. Milli 2018-ci ilin oktyabrında ilk dəfə bu növdə Avropa çempionatına qatılıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah