Güləşçimiz dünya çempionu oldu

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionu olub.

Newsport.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan idmançımız həlledici qarşılaşmada Avropa Gənclər Yay Olimpiya Festivalının finalında məğlub etdiyi  Batirbek Tşxovrebovla (Rusiya) üz-üzə gəlib və Bakıdakı ssenari təkrarlanıb. 

Yenə hesabda geriyə düşən yığman üzvü əzmkar qələbə qazanaraq (6:4) dünya çempionatının qızıl medalına sahib olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right