Güləşçimiz Olimpiya çempionu oldu

Argetinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub. 

Newsport.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov bütün rəqiblərinə qalib gələrək, olimpia çempionu adını qazanıb.

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini məğlub edib. Bayramov 2-ci görüşdə Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub.

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb və qələbə qazanaraq qızıl medala sahib olub. 

Qeyd edək ki, bu, Azərbaycanın aktivinə yazılan beşinci medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc, ağır atlet Tarmenxan Babayev gümüş, güləşçi Şahanə Nəzərova (43 kq) isə bürünc medal qazanıb.

A qrupu

Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0

FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1


 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right