Avropa kubokunda "Qəbələ" finalı

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilir. Yarış Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb.

Newsport.az-ın “Qəbələ”nin saytına istinadən yaydığı xəbərə görə, kişilərin 60 kq çəki dərəcəsində finalda klubun iki üzvü qarşılaşıb.

Mehman Sadıqov həlledici görüşədək rusiyalılar Şaxzod Amonov, Obid Dzebov, fransalı Yolan Florimont və daha bir meydan sahibi İvan Dolqixə qalib gəlib. Kəramət Hüseynov finaladək rusiyalılar Danila Kurtaşov, Sergey Abian, Dmitri Kulikov və Baxriddin Muminovla qarşılaşıb. Avropa kubokundakı “Qəbələ” finalında isə Sadıqov ipponla qalib gələrək qızıl medala yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right