Azərbaycan cüdoçuları dünya çempionatında 2 gümüş medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib.

Newsport.az-ın məlumatına görə mötəbər yarışın ilk günü millimiz aktivinə 2 medal yazdırıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı və 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov finala qədər bütün rəqibəri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçumuz finalda üstünlüyü rəqibə verərək gümüş medala sahib olublar.

83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right