Millimiz Makedoniyaya məğlub oldu

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə başlayıb. 
 
Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan komandamız ilk görüşünü Makedoniya yığmasına qarşı keçirib.
 
3 hissə davam etmiş oyunda sevinən tərəf meydan sahibləri olublar. Quru hesabla uduzan Fərid Cəlalovun yetirmələri Makedoniyada təşkil olunan turnirin birinci dövrəsinə məğlubiyyətlə başlayıblar.
 
Qrupdaki digər qarşılaşma Albaniya və İsveç arasında baş tutub. Gərginliyi ilə yadda qalan oyunda albaniyalı voleybolçular qələbə qazanıblar.
 
 
Avropa Liqası
 
A qrupu
 
Makedoniya - Azərbaycan 3:0 (25:19, 25:19, 25:20)
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right