Rüstəm Orucov ermənini məğlub edib

Cüdo üzrə Avropa çempionatı davam edir. 

Newsport.az saytının məlumatına görə, bu gün tatamiyə çıxan Olimpiya mükafatçımız Rüstəm Orucov Andre Seppaya qalib gəlib. Növbəti mərhələdə cüdoçumuz ermənistanlı Ferdinand Karapetyanı da məğlub etməyi bacarıb.

Hidayət Heydərov isə ilk görüşündə Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirib. İdmançımız qonşu ölkə təmsilçisini cəmi 57 saniyəyə məğlub edib. O, 1/4 finalda isveçli Tomm Makiasla gücünü yoxlayacaq.  

Yığmamızın daha bir üzvü  Rüfət İsmayılov isə ilk görüşündə Kristian Toniste qalib gəlsə də, 1/8 final mərhələsində Nokon Zaborosçiusə məlub olub olaraq mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right