Vehbi Emre və Hamit Kaplanın xatirə turnirində ikinci gün 1 gümüş və 1 bürünc medal

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.

Newsport.az-ın məlumatına görəAzərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

85 kq çəkidə mübarizə aparan İslam Abbasov finala qədər bütün rəqiblərindən üstün olub. Son görüşdə rəqibinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. Bürünc medalı isə yığmamıza Həsən Əliyev (75 kq) qazandırıb. 

Xatırladaq ki, ilk yarış günündə Murad Məmmədov (59 kq) bürünc medal qazanıb. 

Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right