Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alındı

Kişi voleyboçular arasında 2023-cü ildə keçirilməli olan Avropa çempionatına ev sahibliyi etmək hüququ Ukraynadan alınıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Ukrayna Voleybol Federasiyasının prezidenti Mixail Melnik yerli mətbuata açıqlama verib.

Funksioner bildirib ki, Avropa Voleybol Konfederasiyası ölkədəki müharibə ilə əlaqədar belə qərar qəbul edib. Onun sözlərinə görə, əvəzində Ukrayna millisinə final mərhələsində iştirak imkanı yaradılacaq.

Melnik 2025-ci ildəki Avropa çempionatını qəbul etmək üçün öz namizədliklərini irəli sürəcəklərini söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right