Azərbaycan çempionu ÇL üçün sifariş ərizəsini UEFA-ya təqdim etdi

Gələn həftə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla 14 futzalçını səfərə aparacaq.

İştirak ərizəsinə bu futzalçıların adları daxil edilib:

Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç

Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freitas, 8. Felipinyo, 9. Lazer Milosavljeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau.

Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək:

Araz-Naxçıvan – İstanbul Şişli (Türkiyə)
23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00

Yan Regensburq (Almaniya) – Araz-Naxçıvan
24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00

Riqa (Latviya) – Araz-Naxçıvan
26 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 18:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right