İspaniyalı baş məşqçi Azərbaycan millisinin yer aldığı qrupda favorit olmadıqlarını söyləyib

"Hamıya aydındır ki, biz qrupda favorit deyilik".

Newsport.az-ın məlumatına görə, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Moreno final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis Azərbaycan seçməsinin də yer aldığı qrupda güclü kollektivlərin olduğunu bildirib: "Bunu əvvəl də bilirdik. Çünki yarışın bu mərhələsində yalnız yüksək səviyyəli yığmalara rast gələ bilərsən. Belə turnirlərdən çox şey öyrənməli və komanda olaraq daha da inkişaf etməliyik".

Qeyd edək ki, Azərbaycan komandası A qrupunda Niderlandla yanaşı Qazaxıstan və Rumıniya seçmələri ilə də üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right