DÇ-2024: Millimizin rəqibləri müəyyənləşdi

Bu gün final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, reytinq cədvəlində 7-ci pillədə qərarlaşan və mübarizəyə əsas mərhələdən start verəcək Azərbaycan millisi 6-cı qrupda yer alıb, Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

1-ci qrup

İspaniya

Moldova

Kipr

2-ci qrup

Gürcüstan

Belçika

Avstriya

3-cü qrup

Çexiya

Bosniya və Herseqovina

Ermənistan

4-cü qrup

Portuqaliya

Belarus

Litva

5-ci qrup

Qazaxıstan

Sloveniya

Monteneqro

6-cı qrup

Azərbaycan

Polşa

Yunanıstan

7-ci qrup

Xorvatiya

Macarıstan

İsrail

8-ci qrup

Finlandiya

Rumıniya

Danimarka

9-cu qrup

Serbiya

Fransa

Norveç

10-cu qrup

İtaliya

Şimali Makedoniya

İsveç

11-ci qrup

Ukrayna

Niderland

Kosovo

12-ci qrup

Slovakiya

Latviya

Almaniya

Oyun günləri

12-21 sentyabr 2022

3-12 oktyabr 2022

6-9 noyabr 2022

27 fevral – 8 mart 2023

Məlumat üçün qeyd edək ki, oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

20 komanda 5 qrupda

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq.  20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, Rusiya millisinin FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilkin mərhələdə ən yaxşı nəticəyə malik 3-cü pillənin sahibi Norveçə əsas mərhələdə iştirak etmək hüququ yaradıb. Onu da qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan milli komandaları eyni qrupda yer ala bilməz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right