Millimiz dünya reytinqində yerin qoruyur

Futzal üzrə milli komandaların aprel reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, siyahıda planetin 165 yığması yer alıb.

Bunlardan 115-i əsas cədvəldə, 50-si isə sıralamadan kənar verilib. Həmin yığmalar son illərdə zəruri olan matç sayını belə keçirməyib.

Hesabat dövründə az sayda milli səviyyəli oyunun keçirilməsi siyahıda yalnız cüzi dəyişikliklərə səbəb olub. Bu da daha çox aşağı pillələrdə əksini tapıb. Liderlərin mövqeləri isə dəyişməz qalıb.

Cədvəlin ilk 10 pilləsində ümumiyyətlə nəinki yer, heç xal dəyişikliyi də olmayıb. Azərbaycan millisi 1440 xalla 10-cu yerdə qalıb. Yığmamız Avropa təmsilçiləri arasında 7-cidi. Joze Alesionun yetirmələri 9-cu olan Ukraynadan 42 xal geri qalır. Millimizlə 11-ci olan Paraqvay arasında isə 37 xal fərq var.

Cədvələ 1935 xala malik Braziliya başçılıq edir.

 

İlk “20-lik”

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Rusiya - 1700

4. Portuqaliya - 1692

5. Argentina - 1691

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440

11. Paraqvay – 1403

12. Xorvatiya – 1394

13. Sloveniya – 1384

14. Yaponiya – 1367

15. Serbiya – 1366

16-17. Kolumbiya – 1324

Çexiya – 1324

18. Tailand – 1285

19. Fransa – 1274

20. Panama - 1262





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right