"Baku United" İtaliya çempionunu məğlub etdi

      Oktyabrın 1-də UEFA Futzal Kubokunun əsas mərhələsinin oyunlarına start verilib. Newsport.az xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu İngiltərə çempionu "Baku United" "ölüm qrupu" sayılan 5-ci qrupda İtaliyanın "Luparense", Serbiyanın "Ekonomak" və Yunanıstanın "Afina 90" klubları ilə mübarizə aparır.

İlk oyunda "Baku United" turnirin favoritlərindən biri sayılan İtaliya çempionu "Luparense" ilə qarşılaşıb və əsas mərhələnin ən böyük sürprizini edərək rəqibini 6:2 hesabı ilə darmadağın edib. 

 

"Bakılılar"ın heyətində 3 qol vuran Tobe fəallığı ilə seçilib. Komandanın lideri Marselo da hesabına 2 qol yazıb, daha bir qolu isə Conatan vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right