"Bizim üçün bu oyun finala bərabər idi"-Millimizin futzalçısı

Serbiyanın paytaxtı Belqradda futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunları davam edir.Tino Perezin komandası bu dəfə Çexiya ilə üz-üzə gəlib. Çətin keçən qarşılaşma millimizin 6:5 hesablı qələbəsi ilə başa çatıb.Millimizin futzalçısı Zeynal Zeynalov Newsport.az saytına oyun haqda bunları bildirib: 

"Çox Çətin oyun oldu.Oyunun çətin keçəcəyini bilirdik,çünki onlara da qələbə lazım idi.Bizim qrupda sonuncu oyun idi,amma onların italyanlarla oyunları var.Onıar başa düşürdülər ki,italyanlarla oyunda qələbə qazanmaq şansları çox azdı onun üçündə bizimlə oyunda qələbə qazanıb qrupdan çıxmaq istəyirdilər.Bizim üçün bu oyun finala bərabər idi.Oyuna yaxşı başladıq iki qol vurub önə keçdik,amma oyunun gedişində elemetar səhvlərdən qol buraxdıq bu da oyunun gərgin keçməsindən irəli gəldi.Nəticədə hesab bərabərləşdi.Şükür olsun Allaha ki,oyunun sonunda hesabda önə keçib qələbə qazandıq.Amadeu komadanın əsas oyunçularındandı,onun yoxluqu oynumuza təsirsiz ötüşmədi.Növbəti mərhələyədə zəif rəqib yoxdu əyər mərhələ keçsək çalışacayıq ki,əlimizdən gələni edib daha da yüksək nəticələr əldə edək".

Qeyd edək ki,bu qələbə ilə yığmamız qrupdan çıxmaq şansını saxlayıb. Qrupun son matçında Çexiya İtaliyaya qalib gəlsə, növbəti mərhələyə bu iki komanda çıxacaq. İtaliyanın rəqibinə uduzmayacağı təqdirdə isə 1/4 finala millimiz vəsiqə qazanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right