Niderland millisinin baş məşqçisi Azərbaycanla oyundakı qələbə haqda: "Qürur duyuram"

Futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres DÇ-2024-ün elit-raund mərhələsinin A qrupunun son oyununda Almeredə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Newsport.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən ispaniyalı mütəxəssis bunları deyib:

“Oyunçular və personalın göstərdikləri fədakarlıqla fəxr edirəm. Digər ölkələrlə müqayisədə biz bu böyük nailiyyəti minimal resurslarla əldə etdik. Bu böyük insanların bir hissəsi olmaqdan qürur duyuram. Ümid edirəm ki, bu qələbə Niderland futzalının peşəkarlaşması yolunda daha bir addım olacaq”.

Qeyd edək ki, Andres Niderland millisini dünya çempionatının pley-off mərhələsinə çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right