“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq” – “Hakken”in baş məşqçisi

İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Höqmo “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis Azərbaycan çempionunun güclü olduğunu deyib:

“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq. “Qarabağ” öz meydanında “Molde”ni çox yaxşı oyunla məğlub etdi. Biz isə doğma arenamızda ilk matçımıza çıxacağıq. Rəqib uzun illərdir avrokuboklarda sabit çıxış edir. Buna baxmayaraq, özümüzü oyuna tam hazır sayırıq. Maraqlı mübarizə olacaq”.

Oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right