"Qarabağ" Avroliqanın ilk "10-luğ"unda

UEFA bu mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısını hazırlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Avropa Liqasının sosial şəbəkə hesablarında paylaşım edilib. Siyahı tərtib edilərkən komandaların yerli çempionatdakı və Avropa Liqasındakı son 5 oyunu nəzərə alınıb. 

10 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" da var. Keçirdiyi son 5 matçda 4 qələbə qazanan və 1 dəfə məğlub olan Ağdam klubu 5-cidir. 

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindən "Bayer" sıralamada liderdir (4 qələbə, 1 heç-heçə). H qrupunun digər iştirakçılarından Norveç "Molde"si isə 10-cu sıradadır (3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət).

a





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right