Zubir: "Azarkeşlərimizi sevindirməyə çalışırıq"

"Həftəboyu yaxşı hazırlaşmışıq. "Hekken" çox yaxşı komandadır. Çox yaxşı oyun qururlar. Sürətli, keyfiyyətli oyunları var. Amma bütün bunlara baxmayaraq, bura inamlı gəlmişik. Azərbaycana xoş nəticə ilə qayıtmaq istəyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın üzvü Abdullah Zubir deyib. O, Avropa Liqasının qrup mərhələsinin "Hekken"lə görüşündən öncə keçirilən mətbuat konfransında danışıb.

Fransalı futbolçu öz performansından da danışıb: "Qarabağ" böyük klubdur. Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etmək niyyətindəyəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdəm gələni edirəm ki, yerimdə saymayım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right