Qurban Qurbanov "Hekken"lə matçdan əvvəl mətbuat önünə çıxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da İsveçə yollanacaq. “Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq.

Qurban Qurbanov və Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda baş tutacaq.

Qeyd edək ki, oktyabrın 5-i “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right