Ermənilər "Qarabağ"ın oyununda təxribata hazırlaşır

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə "Hekken"in qonağı olacaq.

Newsport.az xəbər verir ki, İsveçdə baş tutacaq qarşılaşmada erməni təxribatı gözlənilir. Bu barədə "Hekken"in təmsil etdiyi Göteborq şəhərində yaşayan azərbaycanlı Kənan Rüstəmov saytımıza məlumat verib:

"Eşitdiyimizə görə, ermənilər təxribat hazırlayırlar. Qondarma rejimin "bayrağı"nı stadiona gətirmək, bundan əlavə müxtəlif şüarlar səsləndirmək istəyirlər. Çox güman ki, xoşagəlməz hadisələr baş verə bilər".

Qeyd edək ki, "Hekken" - "Qarabağ" qarşılaşması 5 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right