"Dinamo" "Sparta"ya qarşı Mahir ehtiyatda

Xorvatiyanın "Dinamo" klubu Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda Çexiya "Sparta"sını qəbul edir.

Newsport.az-ın məlumatına görə, komandaların bu qarşılaşmada meydana çıxacağı start heyətlər müəyyənləşib. Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Dinamo" - "Sparta" qarşılaşması bakı vaxtilə saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right